Sual-Cavab

Hal-hazırda ABŞ, İngiltərə və Türkiyədə anbarlarımız mövcuddur. Həmçinin iHerb, Next, Ozon və Taobao saytlarından birbaşa çatdırılma həyata keçiririk.

  • ABŞ-dan — həftədə 1 dəfə

  • Türkiyədən — həftədə 1 dəfə

  • İngiltərədən — həftədə 1 dəfə

  • Tariflərimizlə aşağıdaki linkə daxil olaraq tanış ola bilərsiniz

    a) Aylıq 300 usd-ə qədər  hər bir şəxs yükü öz adına gətirə bilər

    b) 30 kq qədər

    Əgər yük verilən məbləğin və çəkinin üzərində olarsa, bütün mallar üçün rüsum ödənməli olacaqdır. Bu səbəbdən sizdən xahiş olunur öncədən bu məsələni diqqətə alasınız

    HAVA NƏQLİYYATI İLƏ DAŞINMASI QADAĞAN OLAN YÜKLƏR

    • Bütün növ silahlar, onların hissələri və aksesuarları, döyüş sursatları

    • Hərbi təyinatlı əşyalar və hərbi texnika

    • Dronlar və kvadrokopterlər

    • Optik nişangahlar və analoji optik cihazlar, durbinlər

    • Deşici-kəsici əşyalar (bıçaqlar, baltalar və s.)

    • Partlayıcı maddələr və partlayıcı komponentlər

    • Təhlükəli və radioaktiv maddələr, həmçinin onların istehsalı ilə əlaqəli materiallar

    • “Yanğın təhlükəlidir” nişanı olan və tərkibində tezalışan maddələr olan məhsullar

    • Akkumulyatorlar, batareyalar və powerbank-lar

    • Mühərriklər və amortizatorlar

    • Giroskuterlər

    • Avtomobil yağları və tərkibində yağ olan məhsullar

    • Narkotik və psixotrop maddələr, onların istifadəsi üçün ləvazimatlar və hazırlanma texnologiyaları

    • Gizli kameralar və xüsusi gizli rabitə vasitələri, onların şifrələmə kodları və istifadə təlimatları

    • Canlı heyvanlar

    • Bitkilər və toxumlar

    • Tez xarab olan ərzaq məhsulları və digər tez xarab olan mallar

    • Xam halda olan qiymətli metallar və qiymətli daşlar

    • Bank kartları

    • Sikkələr və əskinaslar

    • Müdafiə orqanlarının, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməliyyat-axtarış fəaliyyəti ilə bağlı sənədlər və arxivlər

    • Dövlət əhəmiyyətli sənədlər, layihələr və ixtiralar

    • Dini kitablar

    • Pornoqrafik materiallar, əxlaqsızlığı, zorakılığı və ya terrorizmi təbliğ edən məzmun

    • Hava nəqliyyatı ilə daşınması qadağan edilən istənilən əşyalar

    • Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan edilən mallar

      ÖLKƏLƏR  ÜZRƏ XÜSUSİ MƏHDUDİYYƏTLƏR


    ABŞ

    • Ətir, sprey və aerozollar

    • “Yanğın təhlükəlidir” nişanı olan və tərkibində tezalışan maddələr olan məhsullar

    • Mobil telefonlar

    • Batareyalar və powerbank-lar


    İngiltərə

    • Sprey və aerozollar

    • “Yanğın təhlükəlidir” nişanı olan və tərkibində tezalışan maddələr olan məhsullar

    • Mobil telefonlar

    • Batareyalar və batareya ilə işləyən məhsullar, powerbank-lar


    Türkiyə

    • Ətir, sprey və aerozollar

    • Bəzi qida məhsulları

    • “Yanğın təhlükəlidir” nişanı olan və tərkibində tezalışan maddələr olan məhsullar

    • Mobil telefonlar

    • Batareyalar və batareya ilə işləyən məhsullar, powerbank-lar


    Daşınma qiyməti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) metrik standartları əsasında müəyyən olunur. Yüklərin çəkisi bağlamaların ölçülərinə görə iki üsulla hesablanır:


    1. Fiziki çəki

    2. Həcm çəkisi


    Hər hansı bir ölçü göstəricisi 60 sm və daha çox olan bağlamalarda həm fiziki, həm də həcmi çəki hesablanır və qiymət daha yüksək çəki əsasında müəyyən edilir.


    Fiziki çəki qiymətləri ilə tanış olmaq üçün bu linkə daxil olun: http://aseshop.az/az/tariffs


    Həcmi çəki əsasında hesablamada, bağlamanın həcmi aşağıdakı formul ilə müəyyən edilir: uzunluq (sm) × en (sm) × hündürlük (sm) ÷ 6000 və daşınma qiyməti əldə olunan həcmi çəkiyə əsasən hesablanır.


    Ödəniş manatla həyata keçirilir, ABŞ dollarının cari kursuna əsasən, çünki beynəlxalq daşımalar dollarla hesablanır.
    Qiymət: 3.00 AZN
    Müddət: 1–3 iş günü
    Çatdırılma: yalnız Bakı üzrə
    Qeyd: Daşınma haqqı əvvəlcədən ödənilməlidir, bağlama artıq Bakıda olmalıdır, gəl-al məntəgə isə "Mərkəz filialı olmalıdır 

    Bağlamanızı Aseshop.az saytında qeydiyyat zamanı seçdiyiniz gəl-al məntəqəsindən götürə bilərsiniz.

    Bu xidmət müvəqqəti olaraq mövcud deyil.



    Top