ASE SHOPPING
Qadağan mallar

Hansı malları daşımaq qadağandır?

Bəzi mallar heç bir halda daşına bilmir, bəziləri isə əlavə sənəd tələb edir. Sifariş verməzdən əvvəl bu siyahını yoxlayın.

Hava nəqliyyatı ilə daşınması qadağan olan yüklər

Heç bir halda daşınmır — sərhəddə müsadirə olunur

Bütün növ silahlar, onların hissələri və aksesuarları, döyüş sursatları
Hərbi təyinatlı əşyalar və hərbi texnika
Dronlar və kvadrokopterlər
Optik nişangahlar və analoji optik cihazlar, durbinlər
Deşici-kəsici əşyalar (bıçaqlar, baltalar və s.)
Partlayıcı maddələr və partlayıcı komponentlər
Təhlükəli və radioaktiv maddələr, həmçinin onların istehsalı ilə əlaqəli materiallar
“Yanğın təhlükəlidir” nişanı olan və tərkibində tezalışan maddələr olan məhsullar
Akkumulyatorlar, batareyalar və powerbank-lar
Mühərriklər və amortizatorlar
Giroskuterlər
Avtomobil yağları və tərkibində yağ olan məhsullar
Narkotik və psixotrop maddələr, onların istifadəsi üçün ləvazimatlar və hazırlanma texnologiyaları
Gizli kameralar və xüsusi gizli rabitə vasitələri, onların şifrələmə kodları və istifadə təlimatları
Canlı heyvanlar
Bitkilər və toxumlar
Tez xarab olan ərzaq məhsulları və digər tez xarab olan mallar
Xam halda olan qiymətli metallar və qiymətli daşlar
Bank kartları
Sikkələr və əskinaslar
Müdafiə orqanlarının, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməliyyat-axtarış fəaliyyəti ilə bağlı sənədlər və arxivlər
Dövlət əhəmiyyətli sənədlər, layihələr və ixtiralar
Dini kitablar
Pornoqrafik materiallar, əxlaqsızlığı, zorakılığı və ya terrorizmi təbliğ edən məzmun
Hava nəqliyyatı ilə daşınması qadağan edilən istənilən əşyalar
Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan edilən mallar

Ölkələr üzrə xüsusi məhdudiyyətlər

Bu anbardan göndərilən bağlamalara əlavə olaraq tətbiq olunur

Ətir, sprey və aerozollar
“Yanğın təhlükəlidir” nişanı olan və tərkibində tezalışan maddələr olan məhsullar
Mobil telefonlar
Akkumulyatorlar, batareyalar və powerbank-lar

Bu siyahı ümumi məlumat xarakteri daşıyır və vaxtaşırı yenilənə bilər. Konkret bir malın daşına bilib-bilməyəcəyinə əmin deyilsinizsə, sifariş verməzdən əvvəl bizimlə əlaqə saxlayın. Qadağan olunan mal göndərilibsə, o gömrükdə saxlanılır və geri qaytarılmır.